ATƏT in Baş katibi işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri barədə məlumatlandırılıb

25.04.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin ərazilərə artıq insanların qayıdışı təmin edilir: “Torpaqlarımız təkcə böyük tikinti meydançası deyil, ora həm də öz sakinlərinin evidir”.

Nazir vurğulayıb ki, 400-ə yaxın insan mina partlayışının qurbanı olub: "Həyatını itirən və xəsarət alan şəxslərin isə böyük əksəriyyəti mülki şəxslərdir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью