ATƏT in Minsk Qrupu bu tarixdə fəaliyyətini dayandırır

14.10.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

 ATƏT-in Minsk Qrupu dekabrın 1-də fəaliyyətini dayandıracaq.

"Unikal" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə tam dəstəyini ifadə edən və “avqustun 8-də Vaşinqtonda atılan son dərəcə mühüm addımları” vurğulayan Elina Valtonen “maneələrə baxmayaraq” Ermənistanın sülhə sadiqliyini qeyd edib.

Valtonen bildirib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı qərarına əsasən, hazırda ATƏT-in Minsk Qrupu buraxılır və dekabrın 1-də bağlanacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью