ATƏT in Minsk qrupu buraxılmalıdır Paşinyandan açıqlama

22.03.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.

Lent.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

"Biz danışmışdıq ki, müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlər var. Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması məsələsidir. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq", – o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью