“ATƏT in Minsk Qrupu Qarabağ münaqişəsini həll etmirdi, dərinləşdirirdi” Paşinyan

10.09.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“ATƏT-in Minsk qrupunda heç vaxt faydalı bir şey olmayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyəti Qarabağ münaqişəsini həll etməyə yox, onu daha da dərinləşdirməyə yönəlmişdi”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “hökumət saatı”nda çıxışı zamanı deyib.
“Qarabağ məsələsi çoxdan həll olunmuşdu, amma bu barədə İrəvana demirdilər, çünki söhbət elə Ermənistanın özündən gedirdi.
ATƏT-in Minsk Qrupu formatında aparılan bütün danışıqlar da bunun üzərində qurulmuşdu – bütün asılılıqlarımızı ikiqat, üçqat, onqat artırmaq üçün,” – deyə o iddia edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью