ATƏT PA Bakı ilə İrəvan arasında bəyannamə imzalanmasını dəstəkləyib

09.08.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ATƏT-in Parlament Assambleyası (PA) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını dəstəkləyib. SİA xəbər verir ki, bu barədə PA-nın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

“ATƏT PA-nın Prezidenti Pere Xuan Pons Sampyetro, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Luiş Qrasa və Baş katib Roberto Montella Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasını alqışlayıblar və bu hadisəni Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi irəliləyiş adlandırıblar”, - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью