ATƏT PA nın prezidenti vəzifəsindən istefa verdi

27.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, o bu barədə "Report"un Balkan bürosuna açıqlamasında bildirib.

Pons qeyd edib ki, İspaniyada noyabrın 29-da keçiriləcək parlament seçkilərində Senat üzrə namizədlər siyahısına daxil edilməyəcək.

O, ATƏT PA-nın prezidenti vəzifəsindən getmək qərarının milli parlament seçkilərində iştirak etməməsi ilə birbaşa bağlı olduğunu vurğulayıb.

İstefası ilə bağlı danışan Pons şəxsi qərarlardan asılı olmayaraq, təşkilatın əsas missiyasına diqqətin yönəldilməsinin vacibliyini qeyd edib.

"Əsas məsələ budur ki, bizimlə eyni düşüncədə olmayanlarla belə dialoq aparmalıyıq", - o bildirib.

Pons yerində fəaliyyətin və insanlarla daha sıx təmasların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Prezidentliyi dövründəki diplomatik fəaliyyətinə toxunan Pons son ayların olduqca gərgin və məhsuldar keçdiyini bildirib. Pons bu ilin sentyabrında Azərbaycana rəsmi səfər etdiyini də xatırladıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью