ATƏT PA prezidenti Kiyevə səfər edib

07.10.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyerto Kiyevə səfər edib.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir. Həmçinin onun səfəri barədə ATƏT-in "X" sosial şəbəkə hesabında da paylaşım edilib.

Səfər çərçivəsində Sampyerto Ukrayna Ali Radasının deputatları qarşısında çıxış edərək, parlamentarilərə müraciət edib və təşkilatın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək mövqeyini bir daha təsdiqləyib.

Qeyd edək ki, Pere Xuan Pons Sampyerto bu ilin iyulunda seçilib və bu onun Ukraynaya ikinci səfəridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью