ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq?

31.07.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində avqustun 4-5-də Azərbaycan və Türkmənistana səfər edəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı məlumata əsasən, müzakirələrdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh səyləri və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı rolu əsas diqqət mərkəzində olacaq. Bu səfər regional turun ilk mərhələsidir. Tur bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью