ATƏT sədri buna görə Moskvaya səfər edəcək

31.01.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsveçrənin xarici işlər naziri İqnasio Kassis Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri kimi yaxın zamanda Moskvaya və Kiyevə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirin sözlərinə görə, onun rəhbərliyi altında İsveçrə ATƏT-in 2026-cı il üçün prioritetlərini aydın şəkildə müəyyənləşdirib:

“Əsas prioritet də Avropada sülhün və təhlükəsizliyin qorunmasına fokuslanmaqdır. Məhz buna görə də yaxın vaxtlarda Kiyevə və Moskvaya səfər edəcəyəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью