ATƏT XİN Şurasının iclası keçirilir

04.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası keçirilir.

APA xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin dəvəti ilə keçirilən tədbirdə ATƏT-in 57 iştirakçı dövlətinin və əməkdaşlıq üzrə 11 tərəfdaş ölkənin xarici işlər nazirləri iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью