ATƏTə yaxın iki ildə sədrlik edəcək ölkələr açıqlandı

30.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələr 2026-cı il üçün İsveçrənin bu quruma sədrliyini təsdiq ediblər. 2025-ci ildə isə bu funksiyanı Finlandiya yerinə yetirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İsveçrə beynəlxalq təşkilatın çətin dövrlərdən keçdiyi bir vaxtda ATƏT-ə rəhbərliyi öz üzərinə götürəcək.

Hökumət hesab edir ki, ATƏT-in iki üzvü olan Rusiya və Ukrayna arasındakı müharibə təşkilatın fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью