Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rusiyalı həmkarı Sergey Lavrovun çıxışından öncə zalı tərk edib.
APA-nın “unian”a istinadən xəbərinə görə, çıxışının sonunda o S.Lavrovu hərbi cinayətkar adlandırıb.
Qeyd edək ki, A.Sibiqanın ardınca bir sıra nazirlər və diplomatlar da Rusiya XİN başçısının çıxışını dinləmədən salondan çıxıb.