ATF nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib

20.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan edilib.

AZƏRTAC xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının (ATF) Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью