Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rusiyada hərəkət zolağına çıxan at ağır qəzaya səbəb olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam Tıva respublikasının Uluq-Xemsk rayonu ərazisində baş verib.
"Honda Stepwgn" markalı avtomobil atı vurduqdan sonra idarəetmədən çıxaraq "Toyota Corolla Fielder"ə çırpılıb. Nəticədə 3 nəfər hadisə yerində keçinib. 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan üçü azyaşlıdır.
Qeyd edək ki, Tıva respublikasının başçısı Aleksandr Xıvalıq sosial şəbəkə hesabında qəzada ölənlərin ailələrinə başsağlığı verib.
L.Tağıyeva