Atışma var, ölən var, mənə demirsiniz? Paşinyan

12.03.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Keçmiş insan haqları müdafiəçisi Arman Tatoyanın Azərbaycan silahlı qüvvələrinin Geğarkunik rayonunun Kut kəndi istiqamətində yeni döyüş mövqeyi yaratması barədə açıqlamasını təkzib edilib.

"Unikal" xəbər verir ki, onun bu barədə sualını Ermənistanın Baş naziri Nikol Paşinyan cavablayıb. 

Baş nazirin sözlərinə görə, Tatoyanın açıqlaması reallığa uyğun gəlmir: "Aydın bir xəritə, de-yure əhəmiyyətə malik aydın bir xətt var ki, bu da bu iddiaların reallığa uyğun gəlmədiyini göstərir. Yoxsa hansısa münaqişə var, eskalasiya var, qurbanlar və yaralılar var, mənə demirsiniz? Harada müharibə var, harada yaralı var, harada atışma var, harada qurban var, harada hücum, partlayış və s. var? İzah edin, gəlin bütün bunların harada olduğunu bilək". 

O, Ermənistanda sülh olduğunu bəyan edib.

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью