Atlantik okeanda güclü zəlzələ oldu

18.06.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Atlantik okeanın mərkəzi akvatoriyasında - Böyük Britaniyaya aid olan Askension adasının şimal-qərbində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Seysmik hadisə mütəxəssislər tərəfindən "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasının daha yüksək - 6.6 olduğu barədə məlumat yayıb. Seysmik hadisənin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların açıq okeanda baş verməsi və quru ərazilərindən uzaq olması yaşayış məntəqələri üçün birbaşa sunami və ya dağıntı təhlükəsini minimuma endirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью