Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
...Rusiya Xarici İşlər Nazirliyi yanvarın əvvəlində ABŞ tərəfindən ələ keçirilən Bella 1 (“Mariner”) tankerindən iki rus dənizçisi azad edilib.
SİA-nın məlumatına görə, nazirliyin sözçüsü Mariya Zaxarova TASS xəbər agentliyinə bildirib ki, dənizçilər Rusiyaya gedirlər.
Bu məlumat Amerika tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, Bella 1 tankeri ABŞ hərbçiləri tərəfindən 7 yanvarda Şimali Atlantik Okeanında ələ keçirilib. ABŞ tankeri bir neçə gün təqib edib. Təqib zamanı əvvəlcə Panama bayrağı altında üzən gəmi yenidən Rusiya bayrağı ilə əvəz edilib, adını “Mariner” qoyub və Rusiya Dəniz Gəmiçiliyi Reyestrinə daxil edib.
Gəmi ələ keçirildikdən sonra heyət saxlanılıb. Ağ Ev dənizçilərin cinayət məsuliyyətinə cəlb olunacağını bildirib. Tankerin heyətində iki Rusiya vətəndaşı var idi.
Rusiya Xarici İşlər Nazirliyi onların azad edilməsi üçün Donald Trampa müraciət etdiyini bildirib.
Lakin 20 yanvarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın hələ də bunu etmədiyini bildirib.
Əli Babayev