“Atletik Bilbao”ya məğlub olan “Real Madrid” beş il sonra antirekordu təkrarlayıb

05.12.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real Madrid” komandası beş ildən sonra antirekordunu təkrarlayıb.

Gununsesi.info xəbər verir ki, bu, Madrid təmsilçisinin La Liqanın XIX turunun öncədən keçirilən matçında səfərdə “Atletik Bilbao”ya uduzması (1:2) ilə reallaşıb.

Beləliklə, “Kral” klubu cari mövsümdəki 5-ci oyununda məğlub olub.

Hazırkı ölkə çempionu son olaraq 2020/2021 mövsümünün ilk yarısında 5 qarşılaşmada yenilib.

Qeyd edək ki, “Real Madrid” daha əvvəl Çempionlar Liqasında İngiltərənin “Liverpul” (0:2), İtaliyanın “Milan” (1:3), Fransanın “Lill” (0:1) komandalarına, La Liqada isə “Barselona”ya (0:4) uduzub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью