Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ” ilə matç öncəsi mətbuat konfransı keçirib.
Apasport.az xəbər verir ki, Valverde "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib: “Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq.
Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”.
Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair iddialarla bağlı azərbaycanlı jurnalistin sualına gülərək cavab verib: “Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir.
Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar.
Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır.
Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar.