Atletik in zəif nöqtəsi Qarabağ bunu bacarsa, qələbə qazanacaq | Icma.az
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu səviyyədə oyunların nəticəsi müxtəlif olur və bundan öncəki oyunlarda da sürprizlərin olduğunu zatən görümüşük Amma üslub olaraq demək mümkündür ki, oyunda ev sahibi qismində "Atletik Bilbao" ilk dəqiqələrdə yüksək pressinq etməyə çalışacaq.
Dörd-dörd-iki taktiki düzülüşü ilə yaxşı təzyiq etməyi bacaran bir komandadır."Qarabağ"ın oyun qurmasının qarşısını almaq və topu rəqib meydançada ələ keçirən kimi qol vurmağa çalışacaqlar".
Bu sözləri BAKU.WS-ə açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov bildirib.
O əlavə edib ki, oyunun məcrası bu istiqamətdə gedəcək, amma "Qarabağ"da topla oynamağı sevən, hücumları kombinasiyalı şəkildə qurmaq istəyən bir komandadır: "Bu cür təzyiqin altından çıxdıqları halda hesab edirəm ki, "Qarabağ"ın qol şansları olacağı açıq-aşkar görsənir.
Çünki təmsilçimiz cinahlarda sürətli oyunçulara malikdir. Bir cinahda Leandro Andrade çox sürətlidir.
Digər cinahda isə Abdullah Zubir texnikalı oyunçudur. Bu ona əsas verir ki, rəqib komandanın təzyiqi altından çıxmaqla Marko Yankoviç və Ped
Çətin situasiyalarda mərkəzdən topu ələ keçirib rəqibi azaltmağı bacara biləcəklər.
Tam oxu
Xəbəri oxu