“Atletik” “Qarabağ” azarkeşləri üçün nə qədər yer ayırıb?

26.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Çempionlar Liqasının III turunda İspaniyada “Atletik”in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Bilbao səfərində Azərbaycan təmsilçisinin azarkeşləri üçün 575 yer ayrılıb. Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Matçı arenadan – “Estadio de San Mames”də izləmək və “Qarabağ”ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər “iTicket.az”da onlayn şəkildə satışdadır.
Biletlərin qiyməti 110 AZN-dir.

Oktyabrın 22-də keçiriləcə oyuna saat 20:45-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью