Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Çempionlar Liqasında ardıcıl 3-cü uğurlu oyunun həyəcanı ilə yaşayır.
Nə xəyallar və ssnearilər qurur, nə proqnozlar düşünürük – bunu bir Allah bilir, bir dö özümüz.
Amma eyni xəyalları ÇL mövsümünə çox uğursuz başlayan “Atletik”in – baskların ən böyük klubunun azarkeşləri də qururlar.
Bilbaoda bu oyuna maraq ən üst səviyyədədi. UEFA-nın acığına getməsəydi, elə bu dəqiqə start fitini səsləndirmək, oyuna başlamaq olardı.
Axı sabah saah 20.45-də başlaması olan oyun üçün ayrılan bütün biletlər satılıb. Təsəvvür edin: 53332 yerlik stadionda boş yer olmayacaq.
Özü də biletlərin 180-300 avroya satıldığı oyunda.Təbii ki, “Qarabağ” bundan da böyük stadionlarda, daha ciddi təzyiq altında oynayıb.
Bircə Azərbaycan çempionu ilk 10-15 dəqiqədə “yanmasın”, hər ötən dəqiqə bizimkilərin xeyrinə, meydan sahiblərinin əleyhinə işləyəcək.