Atletika üzrə ölkə çempionatı keçiriləcək

11.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

12-13 iyun tarixlərində atletika üzrə ölkə çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışlara saat 16:00-da start veriləcək.

Ölkə birinciliyi İdman Akademiyasının stadionunda və Atletika Federasiyasının atma növləri üzrə bazasında keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью