Atletika üzrə ölkə çempionatı keçiriləcək

11.06.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 12-13-də atletika üzrə ölkə çempionatı keçiriləcək.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışlara saat 16:00-da start veriləcək.

Ölkə birinciliyi İdman Akademiyasının stadionunda və Atletika Federasiyasının atma növləri üzrə bazasında keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью