futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Atletik”in futbolçusu Niko Uilyams zədələnib.
Futbolpress.az xəbər verir ki, vinger DÇ-2026-nın seçmə mərhələsində İspaniya millisinin Türkiyəyə qarşı keçirdiyi oyunda (6:0) zədə alıb.
“Marca” nəşrinin xəbərinə görə, Niko azı 6 həftə yaşıl meydanlarda uzaq qalacaq.
23 yaşlı futbolçu bu mövsüm “Atletik”lə 3 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Bilbao klubu oktyabrın 22-də Çempionlar Liqasında III tur oyununda “Qarabağ”ı qəbul edəcək. Nikonun görüşdə iştirakı sual altındadır.