Icma.az bildirir, futbolpress-az portalına istinadən. “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində bu gün növbəti oyuna çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bilbaoda “Atletik”in qonağı olacaq.
“San Mames”də baş tutacaq görüşə saat 20:45-də start veriləcək. İspaniyanın köklü klublarından olan “Atletik” eniş dövründədir.
Bilbao klubu son 9 oyunda cəmi 1 qələbə qazanıb. 2 dəfə heç-heçə edən ispanlar 6 dəfə məğlubiyyətlə üzləşib.
La Liqada 9 turdan sonra 14 xal toplayan “Atletik” 9-cu sıradadır. Komanda bu mövsüm 4 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə də uduzub.
İspaniyada “San Mames”də – ev oyunlarındakı çıxışı “Barselona”, “Real” kimi komandaları üstələməyi bacaran “Atletik” bu mövsüm doğma divarlar arasında cəmi 2 qələbə qazanıb.
“Atletik”in Çempionlar Liqası startı da uğurlu alınmayıb. Evində “Arsenal”a iki cavabsız qolla uduzan baskoniyalılar ikinci turda Dortmund “
“Qarabağ” isə son oyunlarda yüksələn formasıyla diqqət çəkir. Qurban Qurbanovun yetirmələri ardıcıl 6 oyundur, qələbə qazanıb.