Atletiko” ABŞ millisinin oyunçusuna görə 25 milyon avro ödəyəcək

31.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Atletiko" "Betis"in yarımmüdafiəçisi Conni Kardoso ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Madrid klubu ABŞ millisinin 23 yaşlı futbolçusu üçün 25 milyon avro ödəyəcək. Lakin futbolçu iyula kimi yeni komandasına qoşulmayacaq. Baş məşqçi Dieqo Simeone bu yay keçiriləcək klublararası dünya çempionatında yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, Kardoso 2024/25 mövsümündə bütün turnirlərdə 46 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью