Atletiko Almaniya millisinin hücumçusunu transfer etmək istəyir

14.10.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Brügge"nin hücumçusu Nikolo Tresoldi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" almaniyalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Belçika klubu Tresoldini mövsümün ortasında satmağı planlaşdırmır. Lakin gələn yay 22 yaşlı futbolçu üçün gələcək 50 milyon avroluq təkliflər dəyərləndirilə bilər.

Qeyd edək ki, "Brügge" Nikolo Tresoldini 2025-ci ilin yayında "Hannover 96"dan 7,5 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü cari mövsümdə "göy-qaralar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 9 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью