Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Atletiko” futbolçusu Yulian Alvaresin transfer dəyərini müəyyənləşdirib.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid klubu adı PSJ ilə hallanan hücumçuya 120 milyon avro qiymət qoyub.
25 yaşlı futbolçunun Paris klubu ilə yanaşı, İngiltərədən də təklifləri var. Alvares PSJ-də oynamağa müsbət yanaşır.
Argentinalı hücumçu bu mövsüm 15 oyunda 9 qol vurub.