Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13.08.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Atletiko Madrid" rəhbərliyi hər nə qədər Xulian Alvaresi satmaq istəmədiyini desə də, onu əvəz etmək üçün namizəd axtarışını davam etdirir.

Milli.Az xəbər verir ki, madridlilər artıq bunun üçün namizədini müəyyənləşdirib.

Onlar bu yay "Qalatasaray"ın hücumçusu Viktor Osimhenı heyətinə qatmaq planları qurur.  

​Məlumata görə, komandanın baş məşqçisi Diyeqo Simeone nigeriyalı ulduz futbolçunun transfer olunmasında israrlıdır və rəhbərlikdən bu keçidin reallaşdırılmasını tələb edir. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью