Atletiko Arsenal ın yarımmüdafiəçisini transfer etmək istəyir

03.11.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" ispaniyalı orta xətt oyunçusunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

La Liqa nəhəngi Merinonu yanvarda heyətinə qatmağı planlaşdırır. "Atletiko" 30 yaşlı futbolçu üçün 30 milyon avroluq satınalma bəndinin yer aldığı icarəyə götürmək təklifini göndərəcək.

Qeyd edək ki, "Arsenal" Mikel Merinonu 2024-cü ilin yayında "Real Sosyedad"dan 32 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью