Atletiko Braziliya millisinin üzvü üçün təklif göndərdi

08.11.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Korintians"ın yarımmüdafiəçisi Breno Bidon karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Madrid nəhəngi Bidon üçün onun klubuna 18 milyon avroluq rəsmi təklif göndərib. Gənc oyunçu ilə "Sportinq", "Napoli" və "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, Breno Bidon "Korintians"ın yetirməsidir. Braziliya U-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 47 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью