Atletiko Çelsi nin hücumçusunu transfer etmək istəyir

15.02.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Çelsi"nin hücumçusu Nikolas Cekson komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" seneqallı forvardı transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Madrid klubu yayda Cekson üçün "Çelsi"yə təklif göndərməyi planlaşdırır. 23 yaşlı futbolçu ilə İngiltərədən "Aston Villa" və "Nyukasl" da maraqlanır.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью