Atletiko dan 40 milyonluq gizli sövdələşmə

13.08.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Tottenhem"in ulduz müdafiəçisi Kristian Romero Madrid yolundadır.

Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, argentinalı müdafiəçi "Atletiko Madrid"ə keçidini tamamlamaq üçün yaxın saatlarda İspaniya paytaxtına səfər edəcək.

Bu transferin ümumi dəyərinin 40 milyon avro olduğu bildirilir. Müqavilənin ən diqqətçəkən bəndi isə London klubunun Romeronun növbəti satışından əldə olunacaq gəlirin 15%-lik payını özündə saxlamasıdır.

Qeyd edək ki, "Barselona" da ulduz futbolçunu heyətinə qatmaq variantını nəzərdən keçirsə də, baş məşqçi Hansi Flikin rəhbərliyi altında bu keçiddən son anda imtina edilib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью