Atletiko Edersonu transfer etmək üçün hərəkətə keçib

21.03.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın "Atletiko" klubu yarımmüdafiəçi Ederson üçün İtlaiya təmsilçisi "Atalanta"ya 35 milyon avro təklif edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa kollektivi kubu həmçinin sözügedən keçid üçün 5 milyon avro bonus ödəməyə də hazırdır.

Lakin qarşı tərəf ispanlardan ilkin olaraq 40 milyon avro istəyib.

"Atletiko" qış "transfer pəncərəsi"ndə "Atalanta"dan Ademola Lukmanı transfer etmişdi.

Qeyd edək ki, 26 yaşlı Ederson bu mövsüm bütün turnirlərdə 32 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью