Atletiko ərəblərdən futbolçu almağa hazırlaşır

01.02.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Atletiko" ərəblərdən futbolçu almağa hazırlaşır

"Atletiko" klubu qış transfer pəncərəsinin bağlanmasına az qalmış hücum xəttini gücləndirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Klub Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Markos Leonardo ilə ilkin şərtlər üzrə razılığa gəlib. Məlumata görə, klublar arasında aparılan danışıqlar da artıq son mərhələyə yaxınlaşıb.

Razılaşmaya əsasən, İspaniya təmsilçisi 22 yaşlı braziliyalını icarə əsasında heyətinə qatacaq. Müqavilədə futbolçunun 40 milyon avroya birdəfəlik satınalma hüququnun da nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Leonardo Avropa futboluna yad deyil. O, daha əvvəl Portuqaliyanın "Benfika" klubunda forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью