“Atletiko” fanatlarının özbaşınalığı

19.12.2024

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Atletiko” klubunun 16 azarkeşi polis tərəfindən saxlanılıb.

İspaniya mətbuatının verdiyi xəbərə görə, buna fanatların La Liqanın XVII turunun “Xetafe” ilə oyunundan sonrakı davranışları səbəb olub. Tərəfdarlar "Metropolitano" stadionunun yaxınlığında yerləşən bazara soxularaq iğtişaşlar törədiblər. 16-25 yaş arası gənclər şüşələri sındırıb, sahibkarlara və ziyarətçilərə hədə-qorxu gəliblər. Onların həmin ərazidə rəqib komandanın azarkeşlərini axtardıqları güman edilir. Ümumilikdə hadisədə 50-yə yaxın adam iştirak edib.

Saxlanılan şəxslər ictimai asayişi pozmaqda və insanlara maddi ziyan vurmaqda ittiham olunurlar.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью