Atletiko fransalı futbolçusuna əvəzləyici tapıb

08.01.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Yuventus"un yarımmüdafiəçisi Artur Melo karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Atletiko Madrid" braziliyalı futbolçu ilə maraqlanır.

Tomas Lemar komandanı tərk edərsə, klub rəhərliyi Melo ilə müqavilə imzalayacaq. 

"Barselona"dakı çıxışları ilə tanınan 28 yaşlı Artur bu mövsüm "Yuventus" forması ilə heç bir matçda iştirak etməyib.

Braziliyalı yarımmüdafiəçinin Turin klubu ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. "Transfermarkt" onun transfer dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
 

Vinisius Junior diskvalifikasiya edilib Luis Felipe “Marsel”də Skuffet rəsmən “Napoli”də “Başakşehir”dən yeni transfer “Barselona”lı futbolçu İtaliya yolunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью