“Atletiko” futbolçusunu 24 milyon avroya satmağa razılaşdı

27.07.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Atletiko”nun futbolçusu Samuel Lino karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Flamenqo” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Atletiko” Linonun satışından 24 milyon avro qazanacaq.

25 yaşlı müdafiəçi ötən mövsümdə 47 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью