Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Atletiko" heyətinə iki yarımmüdafiəçi qatdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Atletiko" qış transfer pəncərəsinin son günündə heyətini iki futbolçu ilə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi "Sietl Saunders"dən (ABŞ) Obed Qomes Varqası və "Elçe"dən Rodriqo Mendozanı sıralarına qatıb. Hər iki yarımmüdafiəçinin 20 yaşı var. "Atletiko" Obed Qomeslə 2030-cu ilin yayınadək, Mendoza ilə isə 2031-ci ilin yayınadək müqavilə imzalayıb.
Xatırladaq ki, "Atletiko" daha əvvəl "Atalanta"dan Ademola Lukmanı transfer edib.