Atletiko İspaniya millisinin üzvü üçün hərəkətə keçdi

15.06.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bayer"in müdafiəçisi Alexandro Qrimaldo karyerasını ölkəsində davam etdirə  bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Madrid nəhəöngi həm Qrimaldonun özü ilə, həm də Almaniya klubu ilə danışıqlara başlayıb. "Atletiko" 30 yaşlı sol cinah müdafiəçisinə 2+1 illik müqavilə təklif edib.

Qeyd edək ki, Alexandro Qrimaldo 2023-cü ilin yayından "Bayer"də çıxış edir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью