Atletiko kanadalı hücumçu ilə bağlı qərar verdi

02.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Atletiko" "Yuventus"dan icarəyə götürdüyü Conatan Devidlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi kanadalı hücumçunun transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Devidin performansı məşqçilər korpusunu məmnun edib. Klub 26 yaşlı forvard üçün 25 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Atletiko" Conatan Devidi mövsümün əvvəlində icarəyə götürüb. Kanada millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью