Atletiko Madrid Viktor Qyökereş üçün 70 milyon avro təklif edib

02.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Atletiko Madrid" rəhbərliyi Viktor Qyökereşin transferi üçün "Sportinq"lə rəsmi danışıqlara başlayıb.

Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçunun transferi 65-70 milyon avroya başa gələ bilər.

Tərəflər arasında ilkin razılıq əldə olunsa da, "Sportinq" rəsmiləri Qyökereş üçün 100 milyon avro tələb edirlər.

Qeyd edək ki, Viktor Qyökereşin transfer qiyməti 75 milyon avrodur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью