Atletiko Madridin 16 fanatı həbs edildi

18.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən "Atletiko Madrid" - "Xetafe" oyunundan sonra matçın baş tutduğu "Metropolitano" stadionunun yaxınlığındakı Çin bazarına hücum edən azarkeşləri saxlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, həbs olunan 16 nəfərdən bir neçəsi bazara "Atletiko"nun formasında hücum edərək insanları hədələyib, şüşə vitrinləri sındırıblar. Saxlanılanların 16-25 yaş arası şəxslər olduğu vurğulanıb. Hazırda araşdırmaların davam etdirildiyi bildirilib.

Xatırladaq ki, "Atletiko" - "Xetafe" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью