Atletiko Mançester Yunaytedin futbolçusunu transfer etmək istəyir

18.12.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Madridlilər yanvar ayında Qarnaço üçün İngiltərə klubuna rəsmi təkliflə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Alexandro Qarnaçonu 2020-ci ilin oktyabr ayında məhz "Atletiko"nun akademiyasından transfer edib. Argentina millisinin üzvü olan 20 yaşlı futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью