Atletiko müdafiəçisini sata bilər

09.05.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

La Liqa təmsilçilərindən "Atletiko Madrid"də çıxış edən argentinalı müdafiəçi Nahuel Molina yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

27 yaşlı futbolçu əvvəllər çıxış etdiyi İtaliya çempionatına qayıda bilər. Molinanın transferi ilə Turin "Yuventus"u maraqlanır.

Müdafiəçinin bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir. Argentinalının müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Nahuel bu mövsüm La Liqada 26 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Bekhem İngiltərə klubunun sahibi oldu “Qalatasaray” qolkiperi ilə yeni müqavilə imzalayacaq “Beşiktaş”lı futbolçunun gələcəyinə aydınlıq gəlib "Liverpul" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью