Atletiko nu 12 ildən sonra tərk edəcək

14.06.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Atletiko"nun qapıçısı Yan Oblak bu yay Madriddən ayrıla bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, “Yuventus” sloveniyalı qolkiperi transfer etməkdə maraqlıdır. Turin təmsilçisi artıq sloveniyalı futbolçunun transferi ilə bağlı “Atletiko” ilə danışıqlar aparıb.

33 yaşlı futbolçunun İspaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Oblak “Olimpiya”, “Benfika”, “Beyra Mar”, “Olhanense”, “Leyriya”, “Rio Ave” klublarında oynadıqdan sonra 2014-cü ildən “Atletiko”nun formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью