Atletiko nun daha bir futbolçusu Flamenqo ya keçdi

30.07.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Atletiko"nun yarımmüdafiəçisi Samuel Linon "Flamenqo"ya keçib.

QOL.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İspaniya klubuna 22 milyon avro ödəniləcək. 

Qeyd edək ki, S.Lino 2024/2025 mövsümündə meydana çıxdığı 47 matçda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. 

Xatırladaq ki, "Atletiko"nun daha bir futbolçusu Saul Niqes də bir neçə gün əvvəl "Flamenqo"ya keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью