Atletiko nun futbolçuları zədələndi

20.04.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Atletiko"nun futbolçuları zədələndi

"Atletiko"nun hücumçusu Ademola Lukman komandasının "Real Sosyedad"la keçirdiyi son qarşılaşmada zədələnib.

QOL.az xəbər verir ki, nigeriyalı futbolçunun xəsarəti ciddi olmasa da, onun bir neçə gün meydanlardan uzaq qalacağı gözlənilir.

Klubun tibbi heyəti oyunçunun tam bərpa olunması üçün ehtiyatlı davranır və onun geri dönüşünü sürətləndirməyə çalışmır. "Marca" nəşrinin məlumatına görə, həmin matçda Lukmanla yanaşı, komanda yoldaşları Markos Lyorente və Aleksandr Sörlot da yüngül zədələr alıblar. Bu da Madrid təmsilçisinin yaxın müddət üçün zədəli oyunçularla bağlı qayğılarını artırıb.

Qeyd edək ki, hazırda Ademola Lukman əsas heyətdən ayrı, fərdi şəkildə məşq edir. O, həkimlərin ciddi nəzarəti altında yüngül bərpa proqramı keçir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью