Qol.az saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın "Betis" klubu yeni transfer gerçəkləşdirib.
QOL.az La Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, "Atletiko"nun futbolçusu Rodriqo Rikelme heyətə cəlb edilib.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan R.Rikelme əsas komandada 75 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. O, "Jirona", "Mirandes" və "Bornmut"da da oynayıb.